Həmd göyləri və yeri yaradan, zülmətləri və nuru xəlq edən Allaha məxsusdur!

   
 
  ASEU Narxoz




Azerbaijan State Economic University

 

 
Jump to: navigation, search
Azerbaijan State Economic University
Azərbaycan Dövlət İqtisad Universiteti
Image:AzerbaijanStateEconomicUniversity.jpg

Established: 1930
Type: Public
Rector: Dr Shamsaddin Hajiyev
Students: 16,000
Location: Baku, Azerbaijan
Campus: Urban
Website: www.aseu.edu.az
 

Contents

[hide]

[edit] General

Azerbaijan State Economic University (ASEU) (Azerbaijani: Azərbaycan Dövlət İqtisad Universiteti (ADIU)) is a public university located in Baku, Azerbaijan. Azerbaijan State Economic University (ASEU) that founded in 1930 is one of the biggest educational institutions of The South Caucasus countries. At ASEU there are functioning 14 faculties, 16 thousand students get education and there are magistrates upon 57 specialties, more than 1000 teachers work there, including 62 professors and 344 docents, among which there are real members of National Academy of Sciences, New-York Academy of Sciences, winners of state rewards, deserved teachers and scientists. ASEU is a full member of the European Association of Universities, Association of Islam Countries Universities, University Council of Black Sea Economic Cooperation Organization and Eurasian Association of Universities. There are 650 students and magistrates from 10 countries of the world getting education at ASEU.

In 2007 the informative-library center and the student carrier center has started functioning at ASEU and also a new 7 floor educational building that meets the highest world standards was opened. In the same year ASEU received “European quality” reward and the International reward named after Socrat that founded by the European Business-assembly, European Club of Rectors and European Association of Universities.

The strategic direction of ASEU development is to bring up the educational process to world standards by 2010, finishing the international accreditation process and full joining to Bologna System, also more active participation on the international market of educational services.

[edit] History

Originally a part of Baku State University, it became a separate, independent institution in 1930. Over the years its name has changed a number of times and it was re-merged and re-separated from Baku State on several occasions. On its creation in 1930, the school was named the Trade-Cooperative Institute. In 1933, the government of Azerbaijan SSR changed the name to the "Azerbaijan Social-Economic University named after Karl Marx" (similar to the naming of the Azerbaijan Medical University named after Nariman Narimanov), and introduced curricula on accounting, law and finance. In 1936 the name was tweaked to the "Azerbaijan Social-Economic Institute named after Karl Marx". With the onset of World War II, ASEU was folded into Baku State University's Department of Economics. By 1944 the school was separated again, this time as the Azerbaijan National Economic Institute. It remained under this name until March 1959, when war caused it to be folded back into Baku State University.

In 1966 the school separated once again, and has remained independent since, initially as the Azerbaijan National Economic Institute named after Dadash Bunyadzade. In 1987 the name was changed to the Finance-Economic Institute; and in 2000 the name was finally changed to its current form by an act of the Azerbaijani government.

In Kurban Said's landmark novel, Ali and Nino, the ASEU building served as Ali's high school.

[edit] Famous graduates

[edit] External links

 

Azərbaycan Dövlət İqtisad Universiteti

 

 
Jump to: naviqasiya, axtar

Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycanın ali təhsil mərkəzlərindən biridir.

Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti

Mündəricat

[gizlə]

[redaktə / تحریر] Tarixi

Azərbaycan Dövlət İqtisad Universiteti 70 ildir ki, mövcuddur. Bu müddət ərzində Ali məktəbin adı müxtəlif illərdə müxtəlif cür olmuşdur.

1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. İqtisadiyyat fakültəsinin bazasında isə Ticarət-Kooperativ İnstitutu adlı ali təhsil ocağı təşkil edilib. Beləliklə, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin ilkin əsası Azərbaycan Xalq Komissarları Şurasının 1930-cu il 19 iyun tarixli qərarı ilə Ticarət-Kooperativ İnstitununun bazası əsasında qoyulub. Azərbaycan Ticarət-Kooperativ İnstitutu adı 1933-cü ilədək mövcud olub.

1933-cü il yanvarın 2-də Azərbaycan rəhbərliyinin qərarı ilə Azərbaycan Ticarət-Kooperativ İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb. Yeni təşkil edilən ali məktəbin tərkibinə Sosialist uçotu, Sovet hüququ, Maliyyə və Plan-iqtisad institutları da daxil edilib. Universitet K.Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu adı altında 1936-cı ilin sonunadək fəaliyyət göstərib.

1936-cı il dekabrın 30-da Azərbaycan Xalq Komissarları Şurası Azərbaycan Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Buraya həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu da aid edilib. Bu institut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb və müstəqil bir ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayına kimi mövcud olub.

1941-ci ildə SSRİ ilə Almaniya arasında müharibə başlandığına görə bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və 1944-cü ilin sonuna qədər yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində İqtisadiyyat fakültəsi kimi mövcud olub.

1944-cü il sentyabrın 16-da Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa olunması barədə qərar verilib. Bu qərarın əsasında isə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yanvarın 1-dən fərdi qaydada-heç bir ali məktəbə tabe olmadan işə başlayıb.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun belə müstəqil fəaliyyəti 1959-cu ilədək davam edib. 1959-cu ilin mart ayında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və o yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilib. Dövlət Universitetində iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanması əvvəlcə "Ümumi iqtisadiyyat" fakültəsində, 1962-ci ildən etibarən "İqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələrində aparılıb. Adı çəkilən hər iki fakültə 1966-cı ilədək Azərbaycan Dövlət Universitetinin tərkibində qalıb.

1966-cı ilin fevral ayında Universitetin müstəqil fəaliyyəti Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı adı ilə bərpa olunub. Bu barədə qəbul edilən qərarla 1966-cı il sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin tərkibindəki "Ümumi iqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələri, eləcə də Azərbaycan Neft-Kimya İnstitutunun mühəndis-iqtisadçı fakültəsinin bir neçə yeni ixtisası təzə təşkil edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ixtiyarına verilib. Müstəqil işləyən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ilə qədər mövcud olub.

1987-ci ilin oktyabr ayında Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı bazasında yeni Azərbaycan Dövlət İnstitutu yaradılıb. Bu adla ali təhsil ocağı 2000-ci ilədək mövcud olub.

Nəhayət ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 2000-ci il 13 iyun tarixli fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq - Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb.

ADİU-nun gerbi
ADİU-nun gerbi

[redaktə / تحریر] Müxtəlif illərdə Universitetə rəhbərlik edənlər

[redaktə / تحریر] Elmi potensialı

Azərbaycan Dövlət İqtisad Universiteti ölkənin ən aparıcı və potensial gücə malik ali məktəblərindən biridir. İndi Universitetin 11364 tələbəsi (bakalavr), 20 fakültədə 47 ixtisas üzrə 738 magistri var. Onlara 56 kafedrada 805 müəllim dərs deyir. Müəllimlərdən 59-u professor, 49-u elmlər doktoru, 395-i elmlər namizədi, 302-si isə dosentdir.

Universitetdə tədris intizamının gücləndirilməsi, təhsilin və elmi araşdırmaların səviyyəsinin yüksəldilməsi, həmçinin müəllimlərin və tələbələrin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün maksimum şərait yaradılıb. Dünyadakı qlobal iqtisadi problemlərlə daha yaxından tanış olmaq və tədrisin səviyyəsini yüksəldib beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə universitetimiz İNTERNET sisteminə qoşulub. Azərbaycan Dövlət İqtisad Universitetində müasir standartlara uyğun aparılan elmi aşadırma işləri dövrün real iqtisadi problemlərinin həllini tapmağa imkan verir.

Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyatın bütün sahələrini təmin etmək üçün yüksək səviyyəli, peşakar kadrlar hazırlayan yeganə ali məktəbdir. İqtisad Universitetində öyrədilən ixtisaslar bunlardır:

  • Mühasibat uçotu,
  • Statistika,
  • Beynəlxalq iqtisadi əlaqələr,
  • Gömrük işinin təşkili və idarə olunması,
  • Kommersiya,
  • Biznesin təşkili və idarə olunması,
  • Əmtəəşünaslıq,
  • İnformatika,
  • Reklam işi,
  • İqtisadiyyatın dövlət tənzimlənməsi,
  • Qiymətlərin və sertifikatların standartlaşdırılması,
  • Dizayn
  • və s.

Azərbaycan Dövlət İqtisad Universitetinin zəngin maddi-texniki bazası tədrisin və elmi araşdırmaların beynəlxalq standartlara uyğun aparılmasına imkan verir. Universitetin tədris auditoriyaları, laboratoriya, redaksiya və mətbəə, idman zalı, səhiyyə məntəqəsi, yeməkxana, kompyuter zalı, istirahət zonası, sağlamlıq düşərgəsi var.

Universitetin alimləri müasir iqtisadiyyat elminin ən müxtəlif sahələri üzrə fundamental araşdırmalar aparır, müasir iqtisadi nəzəriyyənin əsaslarını hazırlayırlar. Bu ali məktəbin elmi potensialı müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Həmçinin universitetin mövcud elmi potensialı hesabına dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurmaq mümkün olub. Bu sırada Fransanın Monpelye I, Türkiyənin "Mərmərə", Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna və Belorusun Dövlət Universitetləri, Bonn Universiteti, Amsterdam Universitetinin adlarını xüsusilə çəkmək lazımdır.

Azərbaycan Dövlət İqtisad Universiteti "Soros", "Tasis", "Tempus" kimi beynəlxalq proqramların fəal iştirakçısıdır. Xarici Ölkələrin ali təhsil müəssisələri ilə Universitetin müəllim-tələbə heyəti arasında təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı kadr hazırlanmasına böyük önəm verilir. İndi Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyədən, Livandan, Suriyadan, İordaniyadan, Yəməndən, Rusiyadan və Türkmənistandan xeyli tələbə təhsil alır.

1. ADİU-nun Dərbənd filialı

[redaktə / تحریر] Mənbə

Azərbaycan Dövlət İqtisad Universitetinin tarixi

[redaktə / تحریر] Xarici keçidlər

Azərbaycan Dövlət İqtisad Universiteti,

 Əmtəəşünaslıq fakültəsi 

  

Fakültə Haqqında Qısa Məlumat:

 

Əmtəəşünaslıq Fakültəsi 1931-59-cu illərdə Xalq Təsərrüfatı İnstitutunun 1959-1966-cı illərdə BDU-nun, 1966-1990-cı illərdə D.Bünyadzadə adına AzXT-nin, 1990-1993-cü illərdə T.İ.-nın 1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitunun-nın, 2000-ci ildən etibarən isə AzDİU-nin nəzdində fəaliyyət göstərir. Fakültədə 850-dən artıq tələbə təhsil alır, 6 kafedra, o cümlədən 3 ixtisas kafedrası fəaliyyət göstərir. Fakültədə 3 kabinet, 9 laboratoriya vardır. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına 5 professor, 3 elmlər doktoru, 21 dosent, 34 elmlər namizədi, 23 baş müəllim cəlb

edilmişdir.

 

 

 

 

 

 

Fakültədə Tədris olunan Fənnlər: 

  • Əmtəəşünaslığın nəzəri əsasları
  • Plastik kütlə və rəngsazlıq malları əmtəəşünaslığı
  • Gön-ayaqqabı və xəz-dəri malları əmtəəşünaslığı
  • Geyim trikotaj və toxuculuq malları əmtəəşünaslığı
  • Təsərrüfat və mədəni məişət malları əmtəəşünaslığı
  • İstehlak mallarının ekspertizası
  • Ekspertizanın əsasları
  • Malların kodlaşdırılması
  • Bitki mənşəli ərzaq məhsulları əmtəəşünaslığı
  • Heyvanat mənşəli ərzaq məhsulları əmtəəşünaslığı

 

 Fakültəyə Aid Kafedralar:



  MƏNALI ÖMÜR

Azərbaycan Dövlət İqtisad Universitetində Əmtəəşünaslıq fakültəsinin Dekanı, İstehlak Mallarının keyfiyyət ekspertizası kafedrasının müdiri vəzifəsində çalışan, Əmtəəşünaslıq  sahəsində Respublikada ilk Professor adına layiq görülmüş yeganə alim olan Əli Pənah oğlu Həsənovun bu yaxınlarda 70 yaşı tamam olur. Yalnız ağaran saçları və günbəgün artan təmkini, hikmətlə dolu fikirləri onu bəyan edir ki, bu insan doğrudan da  böyük bir həyat yolu, özü də elm və tədris məzmunlu uzun bir yol keçmişdir. 

 Əli müəllim orta məktəbi qızıl medalla necə qurtarıbsa, sonu görünməyən mənalı həyat yolunu da beləcə qızıl ləpirli addımlarla davam etdirir. Onun bu mənalı həyat yolunu izlədikdə uzun illər ərzində keçdiyi elmi, pedaqoji və ictimai fəaliyyətinə xronoloji ardıcıllıqla nəzər salmaq kifayətdir. 1957-ci ildə orta məktəbi bitirdikdən sonra K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil almışdır. Hələ tələbə ikən institutun komsomol komitəsinin katibi vəzifəsinə seçilmişdir.

 Azərbaycan Dövlət Universitetinin əmtəəşünaslıq fakültəsini 1962-ci ildə fərqlənmə diplomu ilə bitirən, elə həmin ildən də orada müəllim kimi fəaliyyət göstərən Əli Həsənov hələ tələbə ikən 1958-ci ildə Qazaxıstanda xam torpaqların işlənməsində fəal iştirak etmiş və əməkdə fərqləndiyinə görə Qazaxıstan Respublikasının Fəxri fərmanı ilə təltif edilmişdir. 1959-cu ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu Azərbaycan Dövlət Universitetinin tərkibinə verildiyindən Ə.Həsənov yenidən komsomol komitəsinin katibi vəzifəsinə seçilərək ictimai işini davam etdirmişdir. 1962-1966-cı illərdə həmin universitetdə çalışmış və eyni zamanda Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilmişdir. 1966-cı ilin fevral ayında isə ADU-nun iqtisad fakültəsinin bazasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yaradıldığından, Ə.Həsənov da bu ildən etibarən burada müəllimlik etmiş və eyni zamanda on il müddətində institut Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. Onun fəaliyyətinin nəticəsi olaraq həmin dövrdə 813 ali məktəbin arasında "Tələbə məişəti" üzrə keçirilən müsabiqədə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına layiq görülmüşdür. Ə.Həsənov 1967-ci ildə Tbilisi şəhərində "Süni ipəkdən hazırlanan alt dəyişəyi trikotaj  məmulatlarının bəzi istehlak xassələrinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edib texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-ci ildə isə o zamankı nəhəng SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə çoxsaylı elmi işləri və kitablarına görə ona professor elmi adı verilmişdir. Ə.Həsənov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda uzun müddət elmi şuranın, partiya komitəsinin üzvü, fakültə partiya təşkilatının katibi, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. Sonralar 1987-1992-ci illər ərzində əmtəəşünaslıq fakültəsi AzXTİ-dən ayrı düşəndə, AzTİ-nin filialı olanda da o, Bakı əmtəəşünaslıq fakültəsinin dekanı kimi çalışmışdır. 1993-cü ildə o, yeni yaradılmış Bakı Dövlət Əmtəəşünaslıq (Kommersiya) İnstitutunun (BDƏKİ) rektoru təyin edilmiş və bu vəzifədə 2000-ci ilə qədər öz fəaliyyətini davam etdirmişdir. Sonra isə təhsilimizin konsentrasiyası və perspektivi ilə daim maraqlanan, onun gələcəkdə necə inkişaf etməsini qabaqcadan görən ulu öndərimiz böyük Heydər Əliyevin fərmanı ilə AzDİU və BDƏKİ-nin əsasında yaradılan Azərbaycan Dövlət İqtisad Universitetində 2004-cü ilədək texniki və texnoloji ixtisaslar üzrə tədris prorektoru vəzifəsində çalışmışdır. Professor Ə.Həsənov əmtəəşünaslıq, standartlaşma və sertifikasiya sahəsində 150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir. Onu qeyd etmək yerinə düşərdi ki, Ə.Həsənov tərəfindən 2006-cı ildə həcmi 150 çap vərəqindən çox olan dörd kitab buraxılmışdır ki, bunlar da hazırda dərslik kimi istifadə olunurlar.

Hələ 1966-1976-cı illər ərzində Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda Həmkarlar Təşkilatının sədri işləyən dövrdə o, nəinki tələbə-gənclərin, neçə-neçə işçinin, müəllimin mənzil-məişət problemini həll etmişdir. O, yalandan heç kimə, heç nəyə vəd verməz, verdisə, hökmən icra edəcəkdir.

Əli müəllimin böyüklüyü təkcə onun hələ gənclikdən başlayan ağsaqqallığında deyil, böyük ürəyə sahib olmasındadır. Əli müəllim yaxşılığı necə tanıyırsa, o qədər də ona qiymət verməyi bacaran insandır. Universitetimizdə onlarca alimin, o cümlədən bu yazı müəlliflərinin inkişaf etməsində onun rolu danılmazdır. Əli müəllim gələcəyi 10 ildən də çox qabaqcadan görəndir. Ona görə də o, qurduğu planlardan, gördüyü işlərdən heç vaxt peşman olmur, onlarla həmişə fərəhlənir.

Professor Əli Həsənovun ən böyük xidməti isə əmtəəşünaslıq fakültəsini, əmtəəşünaslıq və onunla əlaqəli texnoloji ixtisasları paytaxtımız Bakıda bu günə qədər yaşatması, parçalanmamağa qoymamasındadır. Onun inandırma qabiliyyəti də həmişə güclü olmuşdur. On ilə yaxın müddət ərzində Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunda rektor olduğu dövrlərdə, istərsə də ayrı-ayrı rektorların tabeliyində işlədiyi müddətdə o, bu inamı və inandırma qabiliyyətini bir daha təsdiqləmişdir.

Əli müəllim həm də gözəl təşkilatçıdır. Eyni zamanda o, çox narahat adamdır. özü də bu narahatçılıq onda həmişə insanlara, onların çətinliklərinə olan qayğılardan irəli gəlir. Əli müəllim öz ailəsinə necə qayğı göstərirsə, təmasda olduğu, rəhbərlik etdiyi insanlara da eləcə qayğı ilə yanaşan bir şəxsiyyətdir. Əli müəllimin keçdiyi mənalı həyat yolu təkcə insanlarla deyil, həm də cansız saydığımız kitablarla  daim təmasda olmasındadır. Elə sahə yoxdur ki, onunla maraqlanmasın, həmin sahədə kitab oxumasın. özünə gəldikdə isə o, 50 ilə yaxın müəllimliyi dövründə  qeyd etdiyimiz kimi, çoxsaylı elmi-metodik əsərlər dərc etdirmişdir. O, İstanbulda, Moskvada, Kiyevdə, Mogilyovda keçirilən neçə-neçə beynəlxalq konfransların iştirakçısı olmuş, məruzələrlə çıxış etmişdir. Onun bu yorulmaz zəhmətini dövlətimiz də unutmamışdır. Ulu öndərin layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə o, 2006-cı ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Dəfələrlə Respublika Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür. Əli müəllimin dəyərli insani keyfiyyətlərindən biri də onun ziyalı insanları, savadlı və bilikli, qayğıkeş elm adamlarını daim birləşdirməyə, onları həmfikir etməyə can atmasıdır. Elə bil Allah-taala bu gözəl insanı yalnız mehribanlıq üçün yaratmışdır. Professor Əli Həsənov həm də gözəl ailə başçısıdır. Onun ailəsində orta məktəb təhsilində qazanılmış 5 qızıl medal vardır. övladlarının 3-ü elmlər namizədidir. Bundan əlavə o, BDƏKİ-də rektor olduğu zaman kütləvi qida məhsulları texnologiyası sahəsində göstərdiyi qayğıya və təşkilatçılıq işlərinə görə Malta Kulinariya Assosiasiyasının Qızıl medalı ilə təltif edilmişdir.

Əli müəllimin cəlbedici xasiyyətlərindən biri də onun idmanı, fiziki əməyi sevməsindədir. Bəlkə buna görə də o, qocalmır. On illər ərzində müşahidəçisi olduğumuz yüzlərlə hadisələr bunu təsdiqləyə bilər.

Onun nəsihətamiz əməllərindən biri də həmişə yorulmaz olmasıdır. "Tərbiyəçi gərək tərbiyə etməkdən yorulmasın, onda onun zəhməti də bəhər verər" prinsipi Əli müəllimin qiymətli sözlərindən, belə demək mümkünsə, metodlarından biridir. Onunla birgə çalışan əməkdaşlar, o cümlədən biz fəxr edirik ki, həyatımızın çətin və mənalı keçən illərinin ən azı beşdə birini professor Əli Həsənovun rəhbərliyi altında işləmiş, yaşayıb yaratmışıq. İnsanın könlünü almağa, qəlbinin fikirlərini canlandırmağa Əli müəllimin bircə dəfə gülümsəməsi kifayət edər. Professor Əli Həsənovun tərbiyə metodlarından biri də nadan, yaxud nadanlığa can atan insanları incitməklə, sıxışdırmaqla deyil, onlara dəfələrlə yaxşılıq etmək, kömək göstərməsindədir, bununla da onları utandırmasındadır. Əli müəllim həm də təvazökar insandır. Onun ən böyük təvazökarlığı onun sadəliyindədir.

Professor Ə.Həsənov ölkənin siyasi həyatında da öz fəaliyyətini davam etdirir. O, 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin İqtisad Universitetində əmtəəşünaslıq fakültəsi ərazi təşkilatının sədri və YAP rayon şöbəsinin idarə heyətinin üzvüdür.  

 

Nüsrət QURBANOV,

Nizami MUSAYEV,

Tofiq OSMANOV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin müəllimləri

 
Namaz vaxtları
 
Sayğaclar
 
Flag Counter

 

 
BAKU WEATHER Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol